Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini yenidən pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, erməni ordusu İcevan rayonu Azatamut kəndi ərazisində yerləşən mövqelərdən Qazax rayonu Cəfərli kəndi ərazisində yerləşən mövqelərimizi, Ağdam rayonu Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən, Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, Goranboy rayonu Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.