Rusiya prezidenti Medvedev Allahzükür Pazazadəni təbrik edib
Rusiya prezidenti Dmitri Medvedev Qafqaz Müsəlmanları İdarəsinin və MDB-nin Dinlərarası Şurasının sədri Şeyxülislam Allahşükür Paşazadəni 60 yaşının tamam olması münasibətilə təbrik edib. Bu barədə məlumat Rusiya prezidentinin rəsmi saytında yerləşdirilib.
"Siz nüfuzlu din xadimi kimi tanınmısınız. Sizin Qafqaz Müsəlmanları İdarəsi və MDB-nin Dinlərarası Şurasının sədri vəzifələrində yaradıcı fəaliyyətiniz Rusiya, Azərbaycan və bütün Birlik ölkələrinin xalqları arasında dostluq, etibar və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə, eyni zamanda Qafqaz regionunda sabitliyə, insanların tolerantlıq, sülhsevər və qarşılıqlı hörmət ruhunda tərbiyə olunmasına yardım göstərir", - deyə təbrik məktubunda bildirilir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50