Bundan sonra ATƏT-in Minsk Qrupunda Amerika Birləşmiş Ştatlarını Robert Bradtke təmsil edəcək. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov isə Müstəqil İnformasiya Agentliyinə deyib ki, yeni həmsədrin regiona səfəri üçün ABŞ tərəfinin qərarı gözlənilir: ?Biz ümid edirik ki, bu ay ərzində onlar regiona səfər edəcəklər. Amma səfərin dəqiq tarixi haqqında hələki məlumatımız yoxdur?. E.Poluxov qeyd edib ki, ilk səfər tanışlıq xarakteri daşıya bilər: ?Sonra digər işlər həyata keçiriləcək?.