Tusi adına klinikanın rentgen otağının tavanı xəstələrin müayinəsi zamanı uçub
Bu gün saat 12.30 radələrində Bakı şəhəri, Həsən bəy Zərdabi prospektində yerləşən Nəsrəddin Tusi adına klinikada gözlənilməz hadisə baş verib. Müstəqil İnformasiya Agentliyinin sözügedən klinikada olan əməkdaşı məlumat verir ki, xəstələrin müayinəsi zamanı rentgen otağının tavanı uçub. Tavandan qopan tikinti materialları və yuxarıdan asılmış rentgen aparatı müayinə olunan xəstənin və həkimin üstünə düşüb. MİA-nın əməkdaşı deyib ki, hadisə zamanı içəridə azyaşlı uşaq və yaşlı bir qadın olub. Amma xoşbəxtlikdə ciddi zərər çəkən olmayıb. Hər iki xəstə dərhal otaqdan çıxarilib.
Hazırda klinikaya kənar şəxslərin buraxılmadiği bildirilir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08