Samux-Gəncə magistral yolunun 36-cı kilometrində ölümlə nəticələnən yol qəzası baş verib. Müstəqil İnformasiya Agentliyi ?vesti.az? saytına istinadən xəbər verir ki, Samux rayon Polis şöbəsinin, baş leytenant Mahmud Abbasov (1983-cü il təvəllüdlü) ?Infinity? markalı avtomobilin idarəsini itirərək, maşını aşırıb. Nəticədə M. Abbasov və onun sərnişini, Xəyalə Ələsgərova (1982-ci il təvəllüdlü) hadisə yerindəcə keçiniblər. Digər sərnişinlər Vaqif Kəngərli və Firuzə Məmmədova isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıblar.