Xalq artisti İlhamə Quliyeva üzərində aparılan cərrahiyyə əməliyyatından sonra özünü yaxşı hiss edir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə müğənninin mətbuat xidmətinin rəhbəri Faiq Ələkbərli məlumat verib. ?Avqustun 22-də İlhamə xanımın üzərində cərrahiyyə əməliyyatı aparıldı. Əməliyyatdan sonra İlhamə xanım özünü həddən artıq yaxşı hiss edir. Əgər belə gedərsə, həkimlər onu yaxın günlərdə evə buraxacaqlar?. Qeyd edək ki, İlhamə Quliyeva avqustun 21-də Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.