Xalq artisti İlhamə Quliyeva ANS telekanalında bu mövsümdə təqdim edəcəyi ?Zərif çərşənbə? adlı verilişdən uzaqlaşdırılmayıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə sənətkarın mətbuat katibi Faiq Ələkbərli bununla bağlı yayılmış məlumata münasibət bildirərkən deyib. F.Ələkbərli bildirib ki, jurnalist o yazını yazarkən İlhamə xanımın mövqeyini öyrənməliydi: ?Çünki İlhamə xanım həmin verilişin ?şapka?sına çəkilib. Əgər o, həmin veilişdə aparıcı olmasaydı, heç ?şapka?ya da çəkilməzdi. O ki qaldı İlhamə xanımın ANS telekanalında aparıcılıq edəcəyi verilişdən uzaqlaşdırılmasına, bu barədə deyilənlər əsassızdır. Çünki İlhamə xanım əməliyyat olunub və xəstəxana rejimində müalicəsini davam etdirir. Amma buna baxmayaraq, İlhamə xanımla ANS rəhbərliyi arasında danışıqlar davam edir. Əgər İlhamə xanımın səhhəti tez bir zamanda qaydasına düşərsə, tamaşaçılar onu həmin layihədə tezliklə görücəklər?.