Daxili işlər naziri Ramil Usubov Cəbrayıl rayon Polis Şöbəsinə yeni rəis təyin edib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə (MİA) Daxili İşlər Nazirliyindəki mənbələrdən məlumat daxil olub. Mənbə deyib ki, bundan sonra Cəbrayıl polisinə Araz Şahverdiyev rəhbərlik edəcək. Qeyd edək ki, Araz Şahverdiyev 20 ilə yaxındır ki, daxili işlər orqanlarında çalışır. O, bu təyinatdan əvvəl Füzuli rayon Polis Şöbəsində narkotiklərə mübarizə bölməsinin rəisi vəzifəsində işləyib. Araz Şahverdiyev həm də Milli Məclisin deputatı Astan Şahverdiyevin qardaşı oğludur. Onun rəis vəzifəsinə əmisinin dəstəyilə təyin olunduğu bildirilir. Xatırladaq ki, Cəbrayıl rayon Polis Şöbəsinin sabiq rəisi Vaqif Məhərrəmov 5 ay əvvəl tutduğu vəzifədən azad olunub.