Sabiq briqada komandiri Rasim Əkbərov MTN-ə çağırılmayıb
Qarabağ Azadlıq Ordusu yaratmaq istəyən sabiq briqada komandiri Rasim Əkbərov Milli Təhlükəsizlik Nazirliyinə çağırılıb. Bu barədə məlumat yayan ?Bizim Yol? qəzetinin xəbərinə görə, sabiq briqada komandiri MTN-ə çağırılaraq dindirildikdən sonra sərbəst buraxılıb.
Müstəqil İnformasiya Agentliyinə açıqlama verən R.Əkəbərovun qardaşı Rəfael Əkbərov isə məlumatın həqiqətə uyğun olmadığını bildirib: ?Rasim Əkbərov Milli Təhlükəsizlik Nazirliyinə çağırılmayıb. Ondan hər hansı bir izahat da alınmayıb. Deyilənlərin hamısı yalandır?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08