QHT rəhbəri Ramil Usubovla görüzəcək
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov ölkənin Qərb bölgəsinin polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarında apardığı monitorinqin nəticələri ilə bağlı daxili işlər naziri Ramil Usubova arayış ünvanlayıb.
Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən komitə sədrinin sözlərinə görə, arayışda monitorinq zamanı müşahidə etdikləri vəziyyət qeyd olunacaq. Belə ki, həm görülən işlər, yaradılan şərait, həm də bir sıra nöqsanlarla bağlı nazirə məlumat verilib: ?Mən, mətbuat vasitəsiylə bu monitorinqləri keçirmək üçün bizə şərait yaradan cənab nazirə təşəkkürümü bildirirəm. Çünki monitorinqlərin hamısı qəfildən idi, heç kimə demədən monitrinqlərə başladıq. Bu da şəffaflığı tam təmin edir?.
QHT rəhbəri onu da bildirib ki, sabah daxili işlər naziri Ramil Usubovla monitrinqlərlə bağlı görüşü gözlənilir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08