Avqustun 19-da daha bir nəfəri ilan sancıb. Belə ki, dünən Zirədən ilansancması ilə Kliniki Toksikologiya Şöbəsinə xəstə gətirilib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Kliniki Toksikologiya Şöbəsinin müdiri Azər Maqsudov məlumat verib. Onun sözlərinə görə, xəstə Zirə kənd sakindir: ?Xəstənin 28 yaşı var. İlansancma diaqnozu ilə şöbəmizə gətirilib. Hazırda vəziyyəti qənaətbəxşdir. Vaksinlər vurulduğdan sonra xəstə özünü normal hiss edir?.