Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 17 avqust 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı təsdiq edilib. Sərəncama əsasən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Dövlət büdcəsi vəsaiti, habelə qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdiriləcək. Dövlət Proqramında göstərilir ki, 2009-cu ildə peykin orbitə çıxarılması üçün texniki və marketinqlə bağlı hazırlıq işlərinin görüləcək. Həmçinin peykin istehsalı və orbitə çıxarılması üzrə şirkətlərin seçilərək və müqavilə bağlanacaq. Peykin orbitə çıxarılması isə 2011-2012-ci illəri əhatə edəcəkdir.