Elçin Quliyev: ?Ölkənin dövlət sərhədlərinin etibarlı qorunur?
"Bu ilin 7 ayı ərzində sərhədçilər tərəfindən 2842 sərhəd pozucusu saxlanılıb. 227 kiloqramdan artıq narkotik maddənin qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısı alınıb". Bu sözləri Azərbaycanın Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi Elçin Quliyev Dövlət Sərhəd Mühafizəsinin yaranmasının 90 illiyi münasibətilə keçirilən toplantıda səsləndirib.
Ölkənin dövlət sərhədlərinin etibarlı qorunduğunu bildirən E.Quliyevin sözlərinə görə, hesabat dövründə 668 axtarışda olan şəxs saxlanılıb. Bundan əlavə, 2 mln. 50 min manat dəyərində qaçaqmal tutulub.
Tədbirdə sərhədçilərin iştirakı ilə mini parad təşkil olunub. Bir qrup gənc zabit and içərək sərhəd xidmətinə qəbul olunub. Azərbaycan Prezidentinin fərmanı ilə ölümündən sonra Milli Qəhrəman adı almış Elton İsgəndərov və Azərbaycan Bayrağı ordeni almış leytenant Qorxmaz Həşimovun təltifləri ailələrinə təqdim olunub. DSX rəhbərinin əmri ilə İntiqam Atakişiyevə vaxtından əvvəl polkovnik-leytenant rütbəsi təqdim olunub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08