Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 14 avqust 2009-cu il i sərəncamına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Rəhman Ramiz oğlu Quliyevə general-mayor hərbi rütbəsi verilib. Prezidentin digər sərəncamı ilə isə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları - polkovnik İsmayıl Bayram oğlu Əkbərova, polkovnik Əsgər Sabir oğlu Xəlilova, polkovnik Araz Məmməd oğlu Məmmədova general-mayor hərbi rütbəsi verilib.