Yasamal sakinləri qazsız qalacaq
Bakı Dairəvi Avtomobil Yolu kommunikasiyalarının köçürülməsi ilə əlaqədar olaraq, avqust ayının 14-də səhər saat 09.00-dan etibarən ?Qanlı Göl? Qazpaylayıcı Stansiyasından qazın təchizatı müvəqqəti dayandırılacaq.
Müstəqil İnformasiya Agentliyinin ARDNŞ-in rəsmi internet saytına istinadən yaydığı məlumata görə, iş görülən müddətdə Yasamal rayonunun Yeni Yasamal-1, Yeni Yasamal-2 massivlərində, eləcə də 2-ci Alatava qəsəbəsinin bir hissəsində qaz təchizatında məhdudiyyətlər qoyulacaq.
Bununla bağlı yaranacaq müvəqqəti narahatlığa görə, ARDNŞ-nin ?Azəriqaz? İstehsalat Birliyi abonentlərdən üzr istəyir. İş başa çatdıqdan sonra qeyd olunan ərazilərin qaz təchizatı bərpa ediləcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08