Yaxın zamanlarda Dağlıq Qarabağla bağlı çərçivə sazizi imzalana bilər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də ABŞ dövlət katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə müşaviri, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Mətyu Brayzəni qəbul edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqlar, Azərbaycan-ABŞ ikitərəfli münasibətləri, energetika sahəsində əməkdaşlıq, regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Metyu Brayza görüşdən sonra keçirdiyi mətbuat konfransında ?Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk Qrupunun fəaliyyətini çox yüksək qiymətləndirirəm. İki ölkə prezidentinin mövqeyi o qədər yaxındır ki, yaxın zamanlarda çərçivə sazişi imzalana bilər? deyib.
Həmçinin Metyu Brayza ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri kimi fəaliyyətini başa vurduğunu da bildirib. Gələcək diplomatik fəaliyyəti ilə bağlı hər hansı açıqlama verməyən Brayza, "çox istərdi ki, bundan sonrakı fəaliyyəti də Cənubi Qafqazla bağlı olsun" deyib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51