Azərbaycan Liberal Partiyası (ALP) 05 avqust 2009-cu il tarixində Hökməli qəsəbəsində evlərinin sökülməsinə etiraz edən yerli sakinlərlə polislər və ?Binəqədi Oyl? Neft Şirkətinin əməkdaşları arasında qarşıdurmaya etirazını bildirib. ALP sədr Əvəz Temirxan Müstəqil İnformasiya Agentliyinə açıqlama verərkən deyib ki, baş verənlər hakimiyyətin xalqazidd siyasətinin göstəricisidir: ?Bütün bunlar göstərir ki, hakimiyyət Azərbaycan vətəndaşlarının mülkiyyət hüququnu tanımır. Hələ üstəlik hüququnu tələb edənləri polis zorakılığına məruz qoyur, həbsə atdırır. Biz də Liberal Partiya olaraq, vətəndaşların evlərinin qanunsuz olaraq sökülməsini qətiyyətlə pisləyir və hakimiyyəti öz məsuliyyətini dərk edərək, həmin insanların hüquqularını pozmamağa, bu işdə günahı olan müvafiq struktur və vəzifəli şəxslər haqqında ciddi tədbirlər görməyə çağırırıq. Öz haqqını tələb edən insanlara qarşı polis zorakılığını qətiyyətlə pisləyirik?.