Sumqayıtda içərisində adam olan lift qəzaya uğrayıb
Sumqayıt şəhərindəki yaşayış binalarından birinin lifti qəzaya uyğaryıb. Fövqəladə Hallar Nazirliyinin məlumata görə, hadisə baş verən zaman liftdə 1 nəfər sakin olub. Hadisə yerinə çağırılmış xilasedicilər müəyyən ediblər ki, lift texniki nasazlıq səbəbindən şaxtaya düşüb. Lifti şaxtadan 1-ci mərtəbəyə qaldıran xilasedicilər yaralı vəziyyətdə olan sakini xilas ediblər.
Sumqayıt sakini Vüsal İbrahimli Müstəqil İnformasiya Agentliyinə bildirib ki, şəhərdəki yaşayış binalarında köhnə liftlər çoxdur və bu səbəbdən də qəzaların tez-tez baş verməsi ehtimalı var.
Sumqayıt şəhər ?Lift-Servis? Birliyinin rəhbərliyi də köhnə liftlərlə bağlı deyilənlərlə razıdır. Amma idarədən MİA-ya bildirilib ki, şəhərin yaşayış binalarındakı liftlərin təmiri istiqamətində işlər görülür. Belə ki, bu ilin I yarısında binalara 3 ədəd yeni lift quraşdırılıb, 3 ədəd lift bərpa olunub, 47 ədəd liftdə isə cari təmir işləri aparılıb. ?Lift-Servis? Birliyi ilin sonunadək daha 35 liftdə əsaslı təmir işləri aparmağı nəzərdə tutub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08