ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayzanın ABŞ ?ın Azərbaycana səfiri təyin olunması xəbəri təsdiqlənir. Belə ki, ?Online Georgia?nın xəbərinə görə, ABŞ dövlət katibinin keçmiş köməkçisi Gürcüstana vidalaşma səfəri edib. ABŞ-ın Gürcüstandakı səfirilyi isə Brayzanın Birləşmiş Ştatların Azərbaycanda səfri təyin olunması barədə təyinat aldığını xəbər verib. ?Online Georgia?ya xəbərlər agentliyinin bildirdiyinə görə, Brayza Gürcüstana səfəri çərçivəsində, bu ölkənin hakimiyyət, eləcə də müxalifət nümayəndələri ilə görüşlər keçirib.