Arif Hacılı: ?Hakimiyyət bu siyasəti ilə demokratik gənclikdən çəkindiyini göstərir?
?Son dövrlər gənc fəalları təzyiqlərlə üzləşməsi, həbs olunması hakimiyyəti anti-demokratik siyasət yürütdüyünü göstərir. Çünki bu gənclər hər yerdə öz sözlərini, demokratik fikirlərini açıq şəkildə bildirirlər. Onların xüsusiylə də İnternet məkanında geniş təbliğat aparmaları hakimiyyət narahat edir. Bu həbslər də hakimiyyətin demokratik gənjlikdən çəkindiyini göstərir?.
Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. Onun sözlərinə görə, hakimiyyət gənclərə bu cür təzyiqlər etməklə onların mübarizə əzmini qırmaq istəyir və növbəti dəfə digərlərini aktiv fəaliyyət göstərməsinin qarşısını bu yolla almağa cəhd edir.
A.Hacılı ?Hədəf? Gənclər Koalisiyasının sədri sədri Ağasif Şakiroğlunun həbsi ilə bağlı Hərbi Komissarlığın qarşısına təyin olunan aksiyanın təxirə salındığını bildirib. Onun sözlərinə görə, A.Şakiroğlu azadlığa buraxıldığı üçün bu akiyaya artıq ehtiyac yoxdur.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51