Bu gün Müsavat Partiyasının Başqanı İsa Qəmbər partiyanın qərargahında ABŞ səfirinin siyasi məsələlər üzrə müşaviri Coanna Qansonla görüş keçirib. Bu barədə məlumat Müstəqil İnformasiya Agentliyinə Müsavat Partiyasının mətbuat xidmətindən daxil olub. Görüşdə qarşıdan gələn bələdiyyə seçkiləri haqqında fikir mübadiləsi aparılıb. Bundan əlavə Azərbaycanda ictimai-siyasi vəziyyət, söz, mətbuat və sərbəst toplaşma azadlığı, siyasi məhbusların, vicdan məhbuslarının, jurnalistlərin və gənc bloggerlərin hazırkı durumu ətraflı müzakirə edilib.