Tələbə adını qazananların qeydiyyata düzmək üçün 10 gün vaxtı var
2009/2010-cu tədris ili üçün ali məktəbin bakalavr pilləsinə qəbulla bağlı keçirilmiş müsabiqədən uğurla keçmiş şəxslər avqustun 7-dən 17-nə qədər qəbul olunduqları ali məktəblərdə qeydiyyata düşməlidirlər.
Bu barədə məlumat Müstəqil İnformasiya Agentliyinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən daxil olub. Məlumata görə, tələbələr qeydiyyata düşmək üçün gecikməməli, müəyyən olunmuş vaxta qədər bu proseduru başa çatdırmalıdırlar. Əgər qəbul olunan tələbələr avqustun 17-nə kimi onlar qəbul olunduqları ali məktəbdə qeydiyyata düşməsələr, o zaman bu onların həmin ixtisasdan imtina etmiş sayılacaqlar.
TQDK-dan onu da bildiriblər ki, ali məktəblərin boş qalan yerlərinə tələbə qəbulu həyata keçiriləcək. Boş qalan yerlərə ərizə qəbulu avqustun 7-dən 11-nə kimi olacaq. Boş yerlər əsasən özəl universitetlərdədir. Onların siyahısı ?Abituriyent? jurnalının 7-ci sayında dərc edilib.
Qeyd edək ki, bu il üçün ayrılmış 29030 plan yerinə 27476 abituriyent qəbul olunub. Qəbul planı 94,65 % dolub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08