Ali məktəblərə qəbul imtahanlarının nəticələri açıqlandı
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) 2009/2010-cu tədris ili üçün abituriyentlərin ali məktəblərin bakalavr pilləsinə yerləşdirilməsinin nəticələrini elan edib. Dövlət Komissiyasının mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, ali məktəblərə yerləşdirmənin nəticələri tqdk.gov.az internet saytında yerləşdirilib.
Bundan başqa nəticələrin çap olunduğu ?abituriyent? jurnalının xüsusi buraxılışı da satışa çıxarılacaq. Abituriyentlər qəbul imtahanlarının nəticələrini TQDK-nın elanından sonra həm də Azercell-in ?İmtahanCELL? xidmətindən öyrənə bilərlər. Bunun üçün o, yalnız altırəqəmli iş nömrəsini qısa mesaj vasitəsilə 7727 nömrəsinə göndərməlidir. Əgər həmin abituriyent ali məktəbə daxil olubsa, ixtisas kodunu bildirən cavab mesajı alacaq. Abituriyent daxil olduğu ali məktəb və ixtisasını öyrənmək üçün ixtisas kodunu qısa mesaj vasitəsilə 7737 nömrəsinə göndərməklə müvafiq cavab ala bilər. 7727 və 7737 nömrələrinə göndərilən hər qısa mesajın qiyməti 22 konturdur.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08