Torpaq və Xəritəçəkmə Komitəsinə saxta sənəd təqdim edən şəxs barəsində araşdırmalara başlanılıb. DİN-in mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, cari ilin mayında Bakı şəhər sakini Kamil Şükürov saxta sənədləri Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə təqdim edib. Bu yolla o, Mərdəkan qəsəbəsində həmyerlisi Firuz Useynova məxsus bağ sahəsini Asif Cavadovun adına sənədləşdirib. Faktla əlaqədar 17 iyul 2009-cu il tarixdə Əzizbəyov RPİ-yə rayon məhkəməsindən məlumat daxil olub. Hazırda faktla bağlı cinayət işi başlanılıb və araşdırma aparılır.