ilham Əliyev Naxçıvan zəhərində ?Badamlı? mineral sular zavodunun açılızında iztirak edib
Bu gün Naxçıvana səfər edən prezident İlham Əliyev Naxçıvan şəhərində ?Badamlı? mineral sular zavodunun açılışında iştirak edib. Müəssisə ilə tanışlıq zamanı məlumat verilib ki, Badamlı təbii mineral suyunun mənbəyi Şahbuz rayonunun Badamlı kəndində, dəniz səviyyəsindən 1274 metr yüksəklikdə yerləşir. Qida üçün yararlı polietilen borularla zavoda gətirilən su burada sözgəcdən keçirilərək ionlaşdırıldıqdan sonra avtomatik üsulla butulkalara doldurulur.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu ?Badamlı? suyuna rəy verib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva zavodun məhsullarının nümunələrinə və Badamlı suyunun dadına baxıblar.
Qeyd edək ki, prezident İlham Əliyev Naxçıvan səfəri ərəfəsində Muxtar Respublikasının sosial və iqtisadi inkişafında böyük xidmətlərinə görə aşağıdakı şəxslər təltif edib.
?Şərəf? ordeni ilə
Həbibbəyli İsa Əkbər oğlu
?Şöhrət? ordeni ilə
Vəliyev Sadıq Hüseynəli oğlu
?Tərəqqi? medalı ilə
Abbasov Vüqar Zakir oğlu
Abdullayev İsa Əli oğlu
Hacızadə Xuraman Abdulla qızı
Hümbətov Rəsul Həsən oğlu
Xəlilova Əsmər Həmid qızı
Qədirzadə Hacıqadir İbrahim oğlu
Mustafayev Hacıəkbər Abbas oğlu
?Vətən uğrunda? medalı ilə
Əliyev Rasim Məmmədəli oğlu
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08