"Donuz qripi"nə yoluxan azərbaycanlılardan ikincisi də evə buraxılıb
Bu gün "Donuz qripi" virusuna yoluxan azərbaycanlılardan ikincisi də evə buraxılıb. 15 yaşlı xəstənin vəziyyətinın yaxşı olduğu bildirilir. Məlumat üçün bildirək ki, o, 7 saylı yoluxucu uşaq xəstəxanasında müalicə edilirdi.
Qeyd edək ki, iki xəstədən birincisi avqustun 1-də müalicə aldığı Respublika Taun Əleyhinə Stansiyadan çıxmışdı.
Xatırladaq ki, "A H1N1" virusuna yoluxan 2 azərbaycanlı iyulun 27-də Fransadan və iyulun 29-da Böyük Britaniyadan səfərdən qayıtmış Bakı və Gəncə şəhər sakinləri idi. Xəstələrdən biri - 43 yaşlarında qadın, digəri isə 15 yaşı yeniyetmədir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08