Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub. İdarə Heyətinin üzvləri öncə ictimai-siyasi vəziyyətlə bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Daha sonra BAXCP-nin bələdiyyə seçkiləri üzrə Mərkəzi Seçki Qərargahının rəhbəri Söhrab Abdullayev partiyanın bələdiyyə seçkilərinə hazırlığı ilə bağlı görülən işlər barədə İdarə Heyətinə ətraflı məlumat verib.