Zəlimxan Məmmədli: ?Biz izimizi planla qurmuzuq?
Gürcüstan Azərbaycanlılarının Ziyalılar Birliyi prezident İlham Əliyevə müraciət edib. Müraciətdə İlham Əliyevdən borçalıların təhsil sahəsindəki problemlərin aradan qaldırılması ilə bağlı yardım edilməsi rica olunur.
Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli sözügedən müraciətdən xəbərsiz olduğunu bildirib. Onun sözlərinə görə, borçalıların problemlərinin həlli ilə bağlı atılan addımlar vacibdir və dəstəklənməlidir.
Borçalı Cəmiyyətinin Azərbaycan hakimiyyətinə belə bir müraciət ünvanlayıb-ünvanlamayacağına gəlincə, Zəlimxan bəy ?Bizim təşkilatın əsas məqsədi borçalıların problemlərinə həll etməkdir. Bu istiqamətdə də fəaliyyətimizi davam etdiririk. Müraciətə gəldikdə isə biz işimizi planla qurmuşuq və hər şey plana uyğun davam edir?, - söyləyib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51