Prezident İlham Əliyev avqustun 3-də Naxçıvan Muxtar Respublikasına səfərə gedib. Ölkə başçısının şərəfinə Naxçıvan beynəlxalq hava limanında fəxri qarovul dəstəsi düzülüb. İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qarşılayıb. Dövlət başçısı fəxri qarovul dəstəsinin qarşısından keçib. İlham Əliyev Naxçıvan MR-in rəhbər şəxsləri ilə görüşüb.