Prezident İlham Əliyev ?Bələdiyyələrin əraziləri və torpaqları haqqında? Qanununa əlavə edilmiş ?Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı?nda dəyişikliklər edilməsi barədə? Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli 840-IIIQD nömrəli qanununun tətbiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alınır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində: qüvvədə olan qanunvericilik aktlarının ?Bələdiyyələrin əraziləri və torpaqları haqqında? Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş ?Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı?nda dəyişikliklər edilməsi barədə? Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli 840-IIIQD nömrəli Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; öz səlahiyyətləri daxilində ?Bələdiyyələrin əraziləri və torpaqları haqqında? Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş ?Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı?nda dəyişikliklər edilməsi barədə? Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli 840-IIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.