Avropa Komissiyası ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işinin tmamlanması üçün tədbirlər həyata keçirməyə hazırdır. ANS PRESS-in ?Novosti-Armeniya?ya istinadən verdiyi xəbərə görə, bunu Komissiyanın prezidenti Joze Manuel Barrozu bildirib. Barrozu Ermənistanın Avropa İttifaqındakı nümayəndəsini qəbul edən zaman bildirib ki, Avropa Komissiyası ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ problemi üzrə işinə yardım etmək üçün əlavə tədbirlər həyata keçirməyə hazırdır.