Elmar Məmmədyarov Bolqarıstanın baz nazirinin xahizinə rədd cavabı verib
Bolqarıstanın ?Levski? futbol klubu ?Bakı? komandası ilə dünən keçirdiyi Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra Bakını tərk edə bilməyib. Bu isə ciddi narazılığa səbəb olub. Müstəqil İnformasiya Agentliyi ?RİA Novosti?yə istinadən xəbər verir ki, narazılıq Bakıdan saat 24:00-dan səhər 07:00-dək uçuşların qadağan edilməsi ilə bağlı yaranıb.
Belə ki, Bolqarıstan komandası ?Bakı? ilə görüşdən sonra Heydər Əliyev hava limanından Sofiyaya yollanmaq istəyib. Lakin həmin vaxt saat 24:00-ı keçdiyindən, ?Levski?nin oyunçuları hava limanında səhərədək gözləməli olublar. Onlara isə 12 min avro ödəmək və öz ölkələrinə istədikləri vaxtda təyyarə ilə uçmaq təklif olunub. Lakin ?Levski?nin prezidenti Todor Batkov bundan imtina edib. Klub prezidenti Batkov Bolqarıstanın baş naziri Boyko Borisova telefon açıb vəziyyəti onun nəzərinə çatdırıb. Bolqarıstanın baş naziri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarova zəng edərək, uçuşa icazə verməsini xahiş edib. Lakin Elmar Məmmədyarov da ölkəmizin daxili qanununu pozmaqdan imtina edrəkə, bolqarıstanlı nazirin xahişinə rədd cavabı verib.
Beləliklə, ?Levski? Sofiyaya qayıtmaq üçün 12 min avro cərimə ödəməli olub. İndi ?Bakı?nın rəqibi baş verən insidentlə bağlı UEFA-ya şikayət etməyə hazırlaşır.
Ğəlumat üçün bildirək ki, ?Bakı? ? ?Levski? matçı 0:0 hesabı ilə başa çatıb. Cavab görüşü avqustun 5-də Sofiyada keçiriləcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50