Bu gün istifadə etdikləri elektrik enerjisinə görə, borclarını ödəməyən abonentlərin işığı kəsiləcək. ?Bakıelektrikşəbəkə? ASC borclu abonentlərə bu barədə xəbərdarlıq artıq edib. ?Bakıelektrikşəbəkə?dən verilən məlumata görə, abonentlərə elektrik enerjisinə görə yaranmış borcları ödəmək üçün bu gün saat 12:00-a kimi vaxt verilib. Əks halda borclu abonentlərin elektrik enerjisi təchizatı qeyd-şərtsiz dayandırılacaq. Borcunu vaxtında ödəməyən abonentlərə heç bir güzəşt edilməyəcək.