Bir gündə üç nəfər Xəzər dənizində batıb
Ötən gün Xəzər dənizinin çimərliklərində üç boğulma hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirlyindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Bakının Əzizbəyov rayonu Şüvəlan qəsəbəsi ərazisində Şərur rayon sakini Azər Zamanov, Mərdəkan qəsəbəsi ərazisində Binə qəsəbə sakini Amil Hüseynov dənizdə çimərkən suda boğulub.
Həmin gün Sabunçu rayonu Pirşağı qəsəbəsi ərazisində Bakıxanov qəsəbə sakini Elman Məmmədov dənizdə çimərkən suda batıb. Hər üç faktla bağlı araşdırmalar aparılır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08