Atəzkəs dövründə həlak olanlara zəhid adı zamil ediləcək
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ?Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları?nda dəyişiklik edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, dəyişikliklər Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmış təkliflərini nəzərə alınaraq qəbul edilib.
Qəbul edilmiş dəyişikliklərə görə, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslərə şəhid adı şamil ediləcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08