Şirvan Milli Parkında yanğın baz verib
Bu gün saat 15.30 radələrində Şirvan Milli Parkında yanğın başlayıb. Müstəqil İnformasiya Agentliyinin Şirvan bölgə müxbirinin verdiyi məlumata görə, yanğın təxminən bir saat davam edib. Nəticədə beş hektara yaxın ərazi yanıb.
Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürməyə müvəffəq olublar. Hazırda yanğının başvermə səbəbləri araşdırılır.
Qeyd edək ki, Şirvan Milli Parkında ceyranlar, nəsli kəsilməkdə olan quşlar və digər heyvanlar da qourunur.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08