[b]Qonşu ölkədə bu virusun aşkarlanması Azərbaycan üçün ciddi təhlükədir [/b] Gürcüstanda A/H1N1 virusuna ilk yoluxma halı qeydə alınıb. "Ria Novosti"nin məlumatına görə, Gürcüstanın əmək, səhiyyə və sosial müdafiə naziri Aleksadr Kvitaşvili bu barədə məlumat verib: "Virusa yoluxmuş xəstə dərhal nəzarət altına alınıb, hazırda "donuz qripi"nin digər insanlara keçməsi barədə heç bir təhlükə yoxdur". Gürcü nazir ilk yoluxma haqqında Dünya Səhiyyə Təşkilatına məlumat verildiyini də bildirib. Verilən məlumatlara əsasən, qripə yoluxmuş qadın bir neçə gün bundan əvvəl İngiltərədən gəlib. Qeyd edək ki, qonşu Gücüstanda "donuz qripi"nin aşkarlanması Azərbaycan üçün də ciddi təhlükə yaradır. Nəzərə almaq lazımdır ki, Gürcüstan Azərbaycan vətəndaşlarının ən çox gedib-gəldiyi ölkədir. Qonşu ölkədə "donuz qripi"nin aşkarlanması isə Azərbaycan rəsmilərinin ölkədə bu virusun yayılmasının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməsini zəruri edir.