Bakıda at ətindən dönər bizirən dönərxana azkarlanıb
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) bir müddətdir dönərxanalarda yoxlamalara başlayıb. Son bir ayda qadağan olunmasına baxmayaraq, toyuq ətindən dönər hazırlayıb satan 30-dan artıq fiziki şəxs inzibati qaydada cərimələnib.
Bu barədə Müstəqil İnformasiya Agentliyinə RGEM-in qida şöbəsinin müdiri İmran Abdullayev məlumat verib. Onun sözlərinə görə, dönər hazırlanarkən yumşaq
dana ətindən və quyruqdan istifadə edilməlidir. Amma dönər
satışı ilə məşğul olanlar bu tələbi, demək olar ki, nəzərə
almırlar. İ.Abdullayev deyib ki, indi dönərxanalarda daha çox
Hindistandan gəirilən mal ətindən istifadə edilir. Bu ətlərin keyfiyyətində və təhlükəsizliyində problem olmasa
da, onlar qida dəyəri baxımından dönər üçün yararsız sayılır.
Qeyd edək ki, mərkəz əməkdaşlarının Bakıda keçiridikləri reyd zamanı dönərxanalardan birində at ətindən dönər hazırlanması faktı aşkarlanıb. İ.Abdullayevin sözlərinə görə, həmin dönərxana inzibati qaydada cərimələnərək qapadılıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19