2009-cu il iyunun 1-nə əhalinin banklar tərəfindən cəlb olunmuş əmanətlərinin həcmi 1844,9 milyon manata bərabər olub. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Mərkəzi Bankın mətbuat xidmətindən məlumata verilib. Məlumatda bildirilib ki, son bir ildə banklara qoyulan əmanətlərin həcmi 15,1% artıb. 2009-cu il iyunun 1-dək banklara qoyulan əmanətlərin 692,5 milyon manatı (37,5%) manatla, 1152,4 milyon manatı (62,5%) isə xarici valyuta ilə cəlb edilib.