Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərin IV ixtisas qrupu üzrə iyulun 18-də keçiriləcək qəbul imtahanı üçün abituriyentlərə ?İmtahana buraxılış vərəqələri?ni verməyə başlayıb. TQDK-nın mətbuat katibi Elnur Nağızadə Müstəqil İnformasiya Agentliyinə açıqlamasında deyib ki, ?İmtahana buraxılış vərəqələri? almaq üçün IV ixtisas qrupun abituriyentləri bu gündən iyulun 17-si saat 17.00-dək ərizə verdikləri Sənəd Qəbulu Komissiyalarına müraciət etməlidirlər.