ilham Əliyev ABŞ Dövlət Departamenti katibinin birinci müavini Ceyms Staynberqi qəbul edib
Prezident İlham Əliyev iyulun 10-da ABŞ Dövlət Departamenti katibinin birinci müavini Ceyms Staynberqi qəbul edib. Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və energetika sahələrində uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
Bundan əlavə, görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Ceyms Staynberq Birləşmiş Ştatların dövlət katibi Hillari Klintonun salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev xanım Klintonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını ABŞ-ın dövlət katibinə çatdırmağı xahiş edib.
Sonra görüş nümayəndə heyətinin iştirakı ilə davam etdirilib. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filip Qordon da nümayəndə heyətinin tərkibində idi.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08