Azərbaycan Liberal Partiyası son günlər Çin Xalq Respublikasında baş verən hadisələrdən narahatlığını ifadə edərək Tsin Tan Muxtar Uyğur Vilayətində etnik tərkibin zorakı yollarla dəyişdirilməsi siyasətini qətiyyətlə pisləyib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, ALP yerli uğur vətəndaşlarına qarşı zorakılıqdan narahatlıq keçirir, Çin Xalq Respublikasının hakimiyyətindən həbs olunmuş uyğurların azad olunmasını tələb edir. ALP eyni zamanda Çin hakimiyyətindən uyğurların vətəndaş, insan haqlarının qorunmasına çağırıb.