?Mən başa düşmürəm ki, Tarif Şurası hansı arqumentlərə söykənərək əhaliyə satılan təbii qazın qiymətinin iki dəfə qaldırılması barədə qərar verir. Deyirlər ki, xərclərimiz 25 faiz artıqdır. Məgər Türkmənistanda xərc yoxdur? Amma orda əhaliyə müəyyən miqdarda pulsuz qaz verilir. Bu mənada hesab edirəm ki, hökumətin bu qərarı yanlışdır?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Vəhdət Partiyasının sədri Tahir Kərimli təbii qazın qiymətinin qaldırılması ilə bağlı açıqlama verərkən deyib. Onun sözlərinə görə, bu qiymət artımı əhalinin yoxsul təbəqəsinin vəztiyyətini daha da ağırlaşdırajaq. T.Kərimli onu da deyib ki, Vəhdət Partiyası bununla bağlı proqramm hazırlayır: ?Bizim proqramma görə əhaliyə müəyyən miqdarda qaz, su, elektirik enerjisi pulsuz verilsin. Bizim hesablamalarımızı görə, bütün əhalinin xərci 400 milyon manatdan artıq eləmir. Ümumiyyətlə, gec-tez buna keçmək lazımdır ki, əhali kompensasiya olunsun?. Vəhdət sədri onu da bildirib ki, proqrammı tam hazırlayandan sonra prezidentə də göndərəjəklər. Onun qənaətincə, ölkə başçısı özü məsələyə müdaxilə etməlidir və hər kəs bilməlidir ki, xalqla bu cür rəftar eləmək olmaz.