İstifadə etdiyi elektrik enerjisinə görə, borcu olan abonentlərin işığı kəsiləcək. Bu barədə ?Bakıelektrikşəbəkə? ASC abonentlərinə xəbərdarlıq edib. ?Bakıelektrikşəbəkə? abonentlərdən borclarını 14 iyul saat 15:00-a qədər tam şəkildə ödənilməsi xahiş edir. Əks halda borclu abonentlərin elektrik enerjisi təchizatı qeyd-şərtsiz dayandırılacaq. Qeyd edək ki, borca görə elektrik enerjisi təchizatı dayandırılan abonentlərin təkrar şəbəkəyə qoşulması bir neçə gün sonra mümkün olacaqdır. Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, həmçinin "Bakıelektrikşəbəkə"nin internet saytında (www.bes.az) vasitəsilə ?onlayn? olaraq həyata keçirilir.