Azərbaycan prezidenti ilham Əliyevin ali qonaqla təkbətək görüzü keçirilib
İyulun 8-də Azərbaycana rəsmi səfərə gələn Suriya Ərəb Respublikasının prezidenti Bəşşar əl-Əsədin rəsmi qarşılanma mərasimi olub.
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Suriya prezidenti Bəşşar əl-Əsədi və xanımı Əsma əl-Əsədi səmimiyyətlə qarşılayıblar.
Rəsmi qarşılanma mərasimindən sonra İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Bəşşar əl-Əsəd və xanımı Əsma əl-Əsədlə birgə görüşü keçirilib.
Sonra İlham Əliyevin və Bəşşar əl-Əsədin təkbətək görüşü olub.
Görüşdə dövlət başçıları ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluqlarını ifadə ediblər. Prezidentlər dövlətlərimiz arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə ümidvar olduqlarını bildirib, bu səfərin Azərbaycan-Suriya ikitərəfli münasibətlərinin yeni mərhələyə yüksəlməsinə təkan verəcəyini vurğulayıblar.
Görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08