?Azərbaycanda dünya ölkələri tərəfindən qəbul edilən hərbi doktrinaların təcrübəsindən istifadə edilir. Azərbaycanın hərbi doktrinası isə Milli Məclisin payız sessiyasında müzakirə oluna bilər?. Müstəqil İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Milli Məclisdə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən parlamentin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü, YAP-çı deputat Aydın Mirzəzadə deyib. A.Mrzəzadənin sözlərinə görə, ötən il ölkə başçısı tərəfindən təsdiqlənən Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasında bir sıra məsələlər öz əksini tapıb. Deputat onu da bildirib ki, Hərbi doktrinada hazırda tətbiq olunan təcrübəyə yer veriləcək. Onun sözlərinə görə, Azərbaycanın potensial düşmənləri də göstəriləcək.