QAT Xarici izlər Nazirliyinin qarzısında etiraz aksiyası keçirib
Qarabağ Azadlıq Təşkilatı (QAT) Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və bir neçə millət vəkilinin təmsil olunduğu Azərbaycan nümayəndə heyətinin Dağlıq Qarabağa və Ermənistana səfərinə etiraz olaraq aksiya keçirib.
Bu barədə Müstəqil İnformasiya Agentliyinə QAT-dan məlumat daxil olub. Qeyd edək ki, QAT sədri Akif Nağı sözügedən aksiyada iştirak etməyib. Aksiya iştirakçıları dinc şəkildə Xarici İşlər Nazirliyinin qarşısına gələrək etiraz plakatlarını nümayiş etdiriblər. Sonra isə bəyanatlarını nazirliyə təqdim edəgək aksiyanı başa vurublar.
Bəyanatda qeyd olunur ki, Polad Bülbüloğlu başda olmaqla, Azərbaycan nümayəndə heyətinin işğal olunmuş ərazilərə və Ermənistana səfər etmələri Azərbaycanın milli maraqlarının əleyhinə yönəlib və buk imi səfərlər bir daha təkrarlanmamalıdır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51