Azərbaycan Demokratik İslahatlar Partiyasının (DİA) sədri, millət vəkili Asim Mollazadənin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə birlikdə Dağlıq Qarabağa, oradan da Ermənistana səfəri və görüşlərdə özünü Azərbaycan müxalifətinin təmsilçisi kimi təqdim etməsi narazlıqla qarşılanıb. Belə ki, AXCP sədrinin müavini Nurəddin Məmmədli Asim Mollazadənin müxalifətə heç bir aidiyyatının olmadığını deyərək, onun müxalifət adından danışmağa haqqının çatmadığını bildirmişdi. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən ADİP sədri Asim Mollazadənin isə cavabı sərt oldu: ?Mən onu deyə bilərəm ki, mənim Nurəddin Məmmədliyə aidiyyatım ola bilməz. Səfər zamanı danışarkən də öz adımdan və partiyam adından danışmışam. Ona görə də Nurəddin Məmmədli heç də həyacanlanmasın. Mən heç bir halda onun kimiləri təmsil edə bilmərəm?. Qeyd edək ki, N.Məmmədli parlamentdə oturanların hakimiyyətin siyahısı ilə seçildiyini və onların heç birinin müxalifətçi kimi çıxış etməyə haqqının olmadığını da vurğulamışdı. A.Mollazadə isə ?Nurəddin Məmmədli cəfəngiyyat danışır. Ona görə də onun cəfəngiyyatlarına heç bir şərh vermək istəmirəm?,- söyləyib.