Zəminə Dünyamalıyeva ACP-nin yeni rəhbərinin cavabını verdi
Akif Şahbazovun sədrlikdən istefa verməsindən sonra Açıq Cəmiyyət Partiyasında (ACP) vəziyyət kritik həddə çatıb. Sədrin səlahiyyətlərini icra edən Ali Məclis rəhbəri Vaqif Mahmudov sədr müavinləri Yaqub Abbasovla Fərəməz Cavadovu vəzifələrindən kənarlaşdırmaqla, daha sərt danışaraq, sədr olacağı təqdirdə Akif Şahbazovun, Yaqub Abbasovun və Zəminə Dünyamalıyevanın rəhbərlikdə təmsil olunmasına imkan verməyəcəyini deyib.
Müstəqil İnformasiya Agentliyinə açıqlama verən ACP liderinin müşaviri Zəminə Dünyamalıyeva isə V.Mahmudovun fikirlərinə əhəmiyyət vermək niyyətində olmadığını bildirib: ?Mən hazırda Bakıda deyiləm, ona görə də mənə qarşı səslənən fikirlərə münasibət bildirmək istəmirəm. Çünki sonra da mənə cavab verəcəklər və mənim də bundan xəbərim olmayacaq. Bakıya gələn kimi bütün suallara cavab verəcəyəm. Bir də, Vaqif Mahmudov kimdir ki, məni ittiham eləsin, yaxud rəhbərlikdən kənarda qoysun. Bircə onu deyə bilərəm ki, bildirçinin bəyliyi darı sovulana qədərdir?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51