Azərbaycan prezidenti ilham Əliyev Polza prezidenti Lex Kaçinskini qarzılayıb
[b]Lex Kaçinski ?Heydər Əliyev? ordeni ilə təltif edilib[/b]
Bu gün Azərbaycana rəsmi səfərə gələn Polşa Respublikasının Prezidenti Lex Kaçinskinin rəsmi qarşılanma mərasimi olub. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Polşa Prezidenti Lex Kaçinskini və xanımı Mariya Kaçinskanı qarşılayıblar.
Dövlət başçıları İlham Əliyev və Lex Kaçinski fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Lex Kaçinskiyə, Polşa nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 iyun 2009-cu il tarixində imzaladığı sərəncama əsasən
Polşa Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə Polşa Respublikasının Prezidenti Lex Kaçinski ?Heydər Əliyev? ordeni ilə təltif edilib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50